Mikrobun hazırlanması

Aşağıdakı göstəricilər ilə sfera qurun:
Radius : 35
Segments : 32

Obyektin üstünə sağ düyməni basaraq onu Convert to Editable Poly edin.

Perspective sözünün üstünə sağ düyməni basın və açılan menyuda Wireframe sözünün qabağında işarə qoyun.

Polygon rejimində bir-birindən aralı 20 - 30 polygon seçin.

Seçilmiş polygonlardan çıxmayaraq Extrude düyməsinin yanındakı kiçik kvadrata basın.

Açılmış pəncərədə aşağıdakı göstəriciləri yerinə yetirin:
Extrusion Type : Group
Extrusion Height : 30
OK

Yenədə seçilmiş polygonlardan çıxmayaraq Select and Uniform Scale düyməsinin üstünə sağ düyməni basın. Açılan pəncərədə Offset: world hissəsində 50 yazın.


Bir daha Extrude indi isə yalnız 10 yazın. Select and Uniform Scale düyməsinin üzərinə sağ düyməni basaraq Offset: world hissəsində 180 yazın. Təkrar Extrude , yenədə Select and Uniform Scale düyməsinin üzərinə sağ düyməni basaraq Offset: world hissəsində 145 yazın. Sonuncu dəfə Extrude indi isə 2 yazın. Sizdə şəkildəki kimi model alınmalıdır.

Polygon rejimini aktivsizləşdirin.

Obyektə MeshSmooth modifikatorunu əlavə edin.

Şəkildəki parametrləri daxil edin.

Mikrobun hazırlanması başa çatdı. İndi isə materialın düzəldilməsinə keçək.Material Editor açın və yaxud klaviaturada M düyməsini basın. İstənilən boş materialı seçin və Get Material düyməsini basın.

Açılmış listdə Architectural kartını seçin.

Material menyusunda Water seçin.

Diffuse sözünün qabağındakı rəngə basın və RGB parametrləri şəkildəki kimi düzəldin.

Qalan parametrləri şəkildəki kimi düzəldin və Bump kartına Swirl materialını qəbul edin.

Materialın düzəldilməsi bitdi.
İşıq yerləşdirək!
Obyektimizin mərkəzində Omni işıq yerləşdirək.

Omni işığın parametrləri şəkildə göstərilib.Rəngin parametrləri aşağıdakı kimidir :
Red: 0
Green: 128
Blue:218

Omni işığın parametrlərində Atmosphere&Effects hisəsinə enin. Add düyməsini basıb Volume Light effektini seçin. Setup düyməsinə basın.

Environment göstəricisinə Mix kartı əlavə edin. Digər parametrlər şəkildəki kimidir.

Bir daha şəkildəki parametrlərlə Omni işıq düzəldin.

Omni işığı tikanlardan birinin ucunda yerləşdirin.


Mikrob hazırdır , qalanı isə render etməkdir. Əgər siz hər şeyi düz etmisinizsə nəticə şəkildəki kimi olmalıdır. Uğurlar!

